İQTİSADİYYAT


Ağstafada ümumi uzunluğu 37 km olan 2 avtomobil yolu layihəsi icra olunur

Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, cari ildə inşası və əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə Ağstafa rayonunda 5 km uzunluğa malik yerli əhəmiyyətli Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan sözügedən yol uzunluğu 2.6 km olmaqla, 2 mindən çox əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin rahat gediş-gəlişini təmin edəcək. Yolun layihə üzrə hərəkət hissəsi 6, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir.