CƏMİYYƏT


Suraxanı rayonunda katalizator oğurlayan şəxslər saxlanılıblar

Paytaxt ərazisində avtomobillərin səsboğucu sistemlərini, yəni katalizatorlarını oğurlayan şəxslər Suraxanı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı Bakı şəhər sakinləri - Mehman Xəlilov, İlkin Məmişov, Cambul Seyidov tutularaq istintaqa təqdim ediliblər.