CƏMİYYƏT


Sabah Bakıda 28 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19 isti, gündüz 25-29 isti, Bakıda gecə 16-18 isti, gündüz 26-28 dərəcə isti olacaq.