Xarici ölkələrin Azərbaycandakı səfirləri ölkəmizi 28 May- Respublika Günü münasibətilə təbrik ediblər
28.05.2021 [16:32]
Xarici ölkələrin Azərbaycandakı səfirləri ölkəmizi 28 May- Respublika Günü münasibətilə təbrik ediblər.Bu barədə səfirlər rəsmi “Facebook” ünvanlarında paylaşım ediblər.Belə ki, Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas, Fransanın Azərbaycandakı səfiri Zakari Qross, İsrailin Azərbaycandakı səfiri Corc Dik, ABŞ-ın Azərbaycandakı səfirin müavini Maykl Dikerson videomüraciətlə Azərbaycan xalqını 28 May Respublika Günü münasibətilə təbrik ediblər.Qeyd edək ki, səfirlər Azərbaycan xalqını azərbaycan dilində təbrik ediblər.