28 May – Respublika Günü Şuşada qeyd olunub
28.05.2021 [18:07]
Xəbərin mətni
28 May - Respublika Günü münasibətilə Şuşada Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümummilli lider Heydər Əliyevin, birinci Qarabağ və Vətən müharibələri şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.