RƏSMİ


Prezident İlham Əliyev Ağdamda Şahbulaq qalasında olub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Şahbulaq qalasında olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına abidənin yenidənqurma planı təqdim edilib.
Bildirilib ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib.