RƏSMİ


Suraxanı Rayon Məhkəməsinin yeni binası istifadəyə verilib
Prezident İlham Əliyev açılışda iştirak edib

Mayın 29-da Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev binanın açılışında iştirak edib.
Ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verdi.