SİYASƏT


ASEAN Gənclər Təşkilatı yutub kanalında Azərbaycanın 28 may-Respublika günü ilə əlaqədar videoçarx yayımlayıb

Mayın 28-də ASEAN Gənclər Təşkilatı yutub kanalında 28 may-Respublika Günü münasibətilə xüsusi videoçarx yayımlayıb.AZƏRTAC xəbər verir ki, əvvəlcə təşkilatçılar ASEAN üzvü olan ölkələrin gəncləri arasında Azərbaycan bayrağının sorğusunu keçiriblər. Tamaşaçılara ölkəmizin coğrafi mövqeyi, paytaxt Bakı şəhəri, əhalisi, Avropa ilə Asiya arasında körpü rolunu oynaması barədə məlumat verilib.