SİYASƏT


XTNS-nin “Azərbaycan” pavilyonunda AXC-nin 103 illiyi qeyd edilib

Mayın 28-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunmasının 103 illiyi qeyd edilib.AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində XTNS-nin “Azərbaycan” pavilyonun mərkəzi zalında fotosərginin açılışı mərasimi olub. Pavilyonun direktoru Səadət Qədirova açılış mərasimində çıxış edib. O vurğulayıb ki, bu sərgi Azərbaycan tarixinin ən mühüm mərhələlərindən birini nümayiş etdirir.