Azərbaycan bayrağı Xorvatiyanın mərkəzində işıqlandırılıb
29.05.2021 [18:43]
Xorvatiyanin paytaxtı Zaqreb şəhərinin mərkəzi Xorvat qardaşlığı prospektində yerləşən fəvarə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Fəvarə Azərbaycanın Respublika Gününün 103-cü ildönümü münasibətilə bəzədilib. Axşam saatlarından etibarən fəvarə göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.