Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən uğrunda son döyüş tapşırığını yerinə yetirərək şəhadətə ucalan Amin Əmiraslanov

31.05.2021 [11:44]

Xəbərin mətni

Qırx dörd günlük Zəfər yürüşündə iştirak edən qəhrəmanlarımızdan biri də Amin Əmiraslanovdur. Könüllü olaraq Vətən müharibəsinə yollanan Amin döyüşlərdə göstərdiyi şücaəti ilə seçilib. Qubadlı uğrunda gedən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.