CƏMİYYƏT


Ölkəmizdə in-vitro üsulu ilə artırılmış bitkilər sahələrə köçürülüb

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda laboratoriya şəraitində in-vitro üsulu ilə istehsal olunan vegetativ klon calaqaltı formaları sahəyə köçürülüb. Ənənəvi seleksiya metodlarından fərqli olaraq bu üsul sortların daha qısa müddətə yaradılmasına və keyfiyyət göstəricilərinin yüksək olmasına imkan verir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çəyirdəkli meyvə bitkilərinin 5 növdən ibarət calaqaltıları in-vitro üsulu ilə çoxaldılıb və bütün mərhələləri keçdikdən sonra sahəyə köçürülür. Bu bitkilər normal boya və kök sisteminə malik olduğu üçün açıq sahəyə də adaptasiyası uğurlu keçir.