Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim səsim-mənim hüquqlarım” mövzusunda tədbir keçirilib
01.06.2021 [15:43]
Xəbərin mətni
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim səsim-mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Uşaq Səfirlər Məclisin üzvləri iştirak ediblər. Şəhid övladları, respublikanın rayonlarından olan və il ərzində fəallığı ilə seçilən, dövlət uşaq müəssisələrində yaşayan, habelə qeyri-millətlərdən olan uşaqlar dəyirmi masaya onlayn qoşulublar.