“Bankda hesabın açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə” ilə bağlı videotəlimat hazırlanıb
02.06.2021 [19:06]
Xəbərin mətni
Dövlət Vergi Xidməti maarifləndirmə işininin təkmilləşdirilməsi və elektron xidmətlərin təşviqi istiqamətində tədbirləri davam etdirir.Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, bu məqsədlə vergi orqanları tərəfindən təqdim edilən xidmətlər barədə məlumatlandırma üçün “Bankda hesabın açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə”nin onlayn tərtib olunması və göndərilməsi qaydası adlı videotəlimat hazırlanıb.