SİYASƏT


Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının korrupsiyaya qarşı mübarizəyə dair xüsusi sessiyasında iştirak edib

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyası (BMT BA-nın xüsusi sessiyası) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiyada ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev təmsil edir.