CƏMİYYƏT


Azərbaycan və Ukrayna arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq müzakirə edilib

Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Rəşad Mafusovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyevə səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Rəşad Mafusovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Vladislava Maqaletskayanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.