Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ukraynalı tələbələr Azərbaycanın Vətən müharibəsi barədə məlumatlandırılıb

04.06.2021 [14:47]

Xəbərin mətni

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova nüfuzlu Dnepr Texniki Milli Universitetinin geniş tələbə auditoriyası qarşısında mühazirə oxuyub.
AZƏRTAC xəbər verir ki, səfir mühazirədə əsasən Azərbaycanın uğurlu xarici siyasəti, Azərbaycan-Ukrayna münasibətləri, 44 günlük Vətən müharibəsi mövzularına toxunub.