Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni istifadəyə verilmiş Masallı Məhkəmə Kompleksi ictimaiyyətə təqdim olunub

05.06.2021 [15:06]

Xəbərin mətni

Xəbər verdiyimiz kimi, mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib, binada yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına, həmçinin Masallı rayonunda yeni inşa edilmiş müasir Məhkəmə Kompleksi barədə məlumat verilib, binanın virtual təqdimatı olub.