İQTİSADİYYAT


Xaşa bitkisi və yonca toxumlarının sınaq əkini sahələrində yüksək çıxış əldə olunub

Saatlıda yonca toxumu və xaşa bitkilərinin 11 sortunun sınaq üçün əkini aparılıb. Məqsəd yerli və xarici sort toxumların müqayisəsi, bölgəyə daha uyğun toxumların seçilməsidir. Artıq sınaq sahələrində yüksək çıxış əldə olunub. Yüksək məhsuldarlığa malik olan toxumların nəticələri alimlər və fermerlər tərəfindən müzakirə edilib.