Prezidentin köməkçisi: Kəlbəcərdə həlak olan jurnalistlərin topladıqları materiallar Azərbaycan xalqına yüzilliklər boyu lazım ola bilər
05.06.2021 [19:31]
Xəbərin mətni
Kəlbəcərdə həlak olan jurnalistlərin topladıqları materiallar Azərbaycan xalqına yüzilliklər boyu lazım ola bilər. Bu, bizim xalqımızın salnaməsidir. Onlar çox gərəkli iş görürdülər, azad olunmuş əraziləri qarış-qarış gəzərək erməni vandallarının törətdikləri dağıntıları, cinayətləri sənədləşdirirdilər.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovla vida mərasimində söyləyib.