CƏMİYYƏT


Aprel döyüşlərinin qazisi, Vətən müharibəsinin şəhidi

İyirmi beş yaşlı Ağsu rayon sakini Dadaşzadə Hüseyn Zülfüqar oğlu 44 günlük Zəfər dolu müharibəmizdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biridir.
AZƏRTAC xəbər verir ki, hələ 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək yaralanan Hüseyn elini, Vətənini, torpağını hər şeydən çox sevirdi. Şəhid atası Zülfüqar Talıbov bildirib ki, Hüseyn Vətən müharibəsinin başlandığını televiziyadan eşitmişdi. O, torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılmaq istəyirdi, elə bu istəklə də qısa bir vaxtda cəbhəyə yollandı.