CƏMİYYƏT


Şəhid Əkbər Məsimovun nəşi Ağdaşda torpağa tapşırılıb

Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun hərbçisi, şəhid Əkbər Yunis oğlu Məsimov anadan olduğu Ağdaş rayonunun Qaradeyin kəndində dəfn olunub.AZƏRTAC xəbər verir ki, şəhidin dəfn mərasimində ailə üzvləri, yaxınları, hərbçilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin, rayon icra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, qazilər və gənclər iştirak ediblər.