Müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin qarşısı alınıb
08.06.2021 [15:26]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Agentliyin mütəxəssisləri tərəfindən Nizami rayonu Keşlə qəsəbəsi K.Əfkari küçəsində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkarlanıb.