Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulidə şəhid olan İkram Məmmədovun bu gün doğum günüdür

08.06.2021 [17:07]

Xəbərin mətni

İyunun 8-də Vətən müharibəsi şəhidi İkram Ehtiram oğlu Məmmədovun doğum günüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalan qəhrəmanın ailəsi İkramın 19-cu yaşını onsuz qeyd edir.
İkram Məmmədov 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olub. Ailənin sonbeşiyi olan İkramın bir qardaşı və bir bacısı var.