Azərbaycan parlament heyəti Türkiyənin xarici işlər naziri ilə görüşüb
09.06.2021 [10:34]
Xəbərin mətni
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi və işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyevin daxil olduğu nümayəndə heyəti iyunun 8-də Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.