SİYASƏT


Xarkov Diplomatik Klubunda Azərbaycanın uğurlu xarici siyasəti müsbət dəyərləndirilib

Azərbaycanın uğurlu xarici siyasət kursu Xarkov Diplomatik Klubunun üzvləri tərəfindən müsbət dəyərləndirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın Xarkov Diplomatik Klubunda keçirdiyi görüşdə klubun fəxri prezidenti Sergey Çernov, prezidenti Emin Nəcəfli, Qazaxıstan, Türkiyə, Albaniya və Gürcüstanın Xarkovdakı fəxri konsulları, Xarkov Şəhər Şurasının deputatları, rəsmiləri iştirak ediblər.