CƏMİYYƏT


Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə yüksələn Hümbət Yaqubov

Vətən müharibəsinin qəhrəmanlarından olan Hümbət Yaqubovun arzusu hərbçi olmaq və vətənin keşiyində dayanmaq idi. Bir döyüşçü olaraq Vətənin harayına yollanan Hümbət düşmənə qarşı qəhrəmancasına döyüşərək şəhadətə ucaldı.AZƏRTAC xəbər verir ki, Hümbət Yaqubov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.