İQTİSADİYYAT


Əkindən yüksək məhsul götürmək istəyən fermer, ilk növbədə, torpağın kimyəvi tərkibini bilməlidir

Hər bir fermerin arzusu əkdiyi bitkidən yüksək məhsul götürməkdir. Bunun üçün fermer ilk növbədə, torpağın kimyəvi tərkibini bilməlidir. Bir vaxtlar bunun üçün xarici ölkələrə torpaq nümunələri göndərilirdi. İndi isə ölkəmizdə fəaliyyət göstərən regional aqrokimya laboratoriyalarının xidmətlərindən istifadə etməklə torpağın tərkibini öyrənmək olur.AZƏRTAC xəbər verir ki, üç ilə yaxındır fəaliyyət göstərən Tovuz Regional Aqrokimya Laboratoriyasının xidmətlərindən bölgənin beş rayonunda yaşayan fermerlər istifadə edirlər. Analiz üçün müraciət edənlərin sayı da getdikcə artmaqdadır. Əsasən bu analizlər yazın əvvəlində və payızda əkin-səpindən əvvəl aparılır.