Şəhid Şəhriyar Qasımovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
11.06.2021 [10:14]
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanıtdırmaq məqsədilə - “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbirlər silsiləsindən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan çavuş Şəhriyar Qasımovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.