Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

On beş aylıq fasilədən sonra Lənkəran Beynəlxalq Hava Limanında təyyarə reysləri bərpa olunub

11.06.2021 [14:25]

Xəbərin mətni

On beş aylıq fasilədən sonra ötən gün Lənkəran Beynəlxalq Hava Limanında təyyarə reysləri bərpa olunub. Saat 16:35 radələrində Rusiyanın Sankt-Peterburq şəhərindən “Şimal küləyi” aviaşirkətinə məxsus təyyarə hava limanına eniş edib. Təyyarə ilə Lənkərana 179 sərnişin gəlib. Lənkərandan əks istiqamətə isə 114 sərnişin yola salınacaq.