İQTİSADİYYAT


Şabranın badam bağlarında məhsuldarlıq yüksəkdir

Şabranın badam bağlarında bu il məhsuldarlıq yüksəkdir. Rayonun Ağalıq kəndində əkilən 23 hektar badam bağından bu il 50 tona yaxın məhsul yığılması gözlənilir. Keyfiyyətli aqrotexniki qulluq, həm də badam ağaclarının böyüməsi nəticəsində bu il məhsuldarlıq ikiqat çox olacaq.Təsərrüfatın aqronomu Ariz Ağamalıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən il bağlardan 30 tona yaxın badam yığılıb. “Bu il məhsuldarlıq daha yaxşıdır. Ötən ilə nisbətən çox məhsul yığılacaq. Bağdan toplanan məhsul yerli bazarda satılır. Təsərrüfatımızda iki növ badam becərilir. 10 hektarda amerikan mənşəli “Guara”, 13 hektar yeni salınan bağlarda isə Fransadan gətirilən badam növü yetişdirilir. İlk saldığımız bağlardan artıq üçüncü ildir ki, məhsul toplayacağıq”, - deyə A.Ağamalıyev söyləyib.