SİYASƏT


Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri praktiki məşğələdə iştirak ediblər

Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzində keçirilən praktiki məşğələdə iştirak ediblər. Məşğələdə məktəblilərin ilkin hərbi biliklərə yiyələnməsinin əhəmiyyətindən danışılıb.
Təhlükəsizlik qaydaları ilə tanış olan məktəblilərə müxtəlif atıcı silahların hissə və mexanizmləri haqqında, eləcə də tibbi hazırlıqdan geniş məlumat verilib. Sonda şagirdlər avtomatdan praktiki atışlar yerinə yetiriblər.