SİYASƏT


Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən komanda-qərargah təlimi başa çatıb

Naxçıvan Qarnizonu Qoşunlarında iyunun 7-dən başlayan komanda-qərargah təlimi başa çatıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimin növbəti mərhələsində qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində maket üzərində dəqiqləşdirilib, qəbul edilmiş qərara əsasən bir istiqamətdən digərinə yerdəyişmə zamanı bölmələrin manevretmə qabiliyyəti yoxlanılıb.