Goranboy rayonunda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir
14.06.2021 [14:25]
Xəbərin mətni
Goranboy rayonunun Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yenidənqurma işləri davam etdirilir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 31 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun tikintisi Xan Qərvənd kəndini əhatə edən istiqamət və Tapqaraqoyunlu kəndinə qədər olmaqla 2 istiqamət üzrə aparılır.