SİYASƏT


AZƏRTAC və Anadolu agentlikləri arasında əməkdaşlıq yeni müstəviyə keçir

İyunun 15-də qardaş Türkiyənin aparıcı Anadolu Agentliyinin baş direktoru Serdar Karagöz AZƏRTAC-da olub.
Əvvəlcə Serdar Karagöz və AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Kəlbəcərdə mina partlayışı nəticəsində həyatlarını itirən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimova və Azərbaycan Televiziyasının operatoru Sirac Abışova həsr olunan guşəni ziyarət edərək şəhid jurnalistlərin xatirəsini ehtiramla yad ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır