SİYASƏT


Yaponiyanın TBS telekanalı Azərbaycanın işğaldan azad edilən əraziləri barədə xüsusi reportaj yayımlayıb

Yaponiyanın nüfuzlu TBS telekanalı Azərbaycanın Vətən müharibəsində qələbəsi və işğaldan azad edilmiş əraziləri barədə xüsusi reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, telekanalın Moskva bürosunun müxbiri tərəfindən hazırlanan reportajda ötən ilin payızında baş verən və Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan Vətən müharibəsi barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, ötən il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ermənistan ordusu tərəfindən 30 ilə yaxın bir dövrdə işğal altında saxlanılan torpaqları azad edib.