Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yevlaxda keçirilən velosiped yarışında 30 komanda iştirak edib

16.06.2021 [12:01]

Xəbərin mətni

15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə Yevlax şəhərində velosiped yarışı keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.