Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Türkiyə Uels ilə qarşı-qarşıya: Azarkeşlərin futbol həyəcanı

16.06.2021 [18:48]

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunları çərçivəsində Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uels seçməsi ilə qarşılaşacaq. Türkiyəni dəstəkləyən azarkeşlər Bakının mərkəzində xüsusi futbol əhval-ruhiyyəsi yaradıblar. Bundan başqa hər iki komandanı dəstəkləmək məqsədi ilə Bakının mərkəzində musiqili parad keçirilib.