İQTİSADİYYAT


Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun sentyabrın 5-də yerinə yetirilməsi nəzərdə tutulur

Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun sentyabrın 5-də yerinə yetirilməsi nəzərdə tutulur. Aeorovağzal binasının tikintisində beton işləri demək olar, 80 faiz yekunlaşıb. Aerovağzal kompleksinin isə bu ilin sonuna kimi tam istifadəyə verilməsi proqnozlaşdırılır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov Füzulidə jurnalistlərə açıqlamasında bildirib.