Bakıda 30° isti olacaq
17.06.2021 [15:04]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 27-30° isti, Bakıda gecə 22-24°, gündüz 28-30° isti olacaq.