İQTİSADİYYAT


Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsi təmir edilir

Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində görülən bu işlər 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Qaradağ rayonunda da həyata keçirilir. Proqram çərçivəsində hazırda rayonunun Lökbatan qəsəbəsində uzunluğu 1200 metr olan İntiqam Nəbiyev küçəsində təmir işləri aparılır.