RƏSMİ


Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

İyunun 18-də Bakıda beşulduzlu “Intercontinental” otelinin açılışı olub.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.Əvvəllər bu ərazidə “Cənub” mehmanxanası yerləşirdi. İndi onun yerində gözoxşayan memarlıq üslubunda yeddimərtəbəli “İntercontinental” oteli inşa olunub. Bu gün dünyada pandemiyanın davam etməsinə, iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm sosial-iqtisadi infrastuktur layihələrinin icrası uğurla davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır