Bu ilin beş ayında 15 minə yaxın şəxsə əlillik təyin edilib
18.06.2021 [17:07]
Xəbərin mətni
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2021-ci ilin yanvar-may ayları ərzində 15 minə yaxın şəxsə əlillik təyin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərdən 4 min 700 nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanlarının məhdudluğu təsdiq olunanlardır.