Azərbaycan Dövlət İnformasiya Agentliyi

ICESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb

18.06.2021 [17:21]

Xəbərin mətni

İyunun 18-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) media sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıblar. Sənəd birgə layihələrin və proqramların hazırlanıb reallaşdırılmasında, ICESCO-ya üzv ölkələrin KİV nümayəndələri üçün təcrübə mübadiləsinin və təlim kurslarının, media üzrə beynəlxalq konfransların, forumların və ixtisaslaşdırılmış seminarların təşkilində, informasiyaların, foto və video xəbərlərin hazırlanması və yayımında əməkdaşlığı nəzərdə tutur.