CƏMİYYƏT


Sabah bəzi regionlarda havanın temperaturu 40°-yə yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-25°, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 32-34° isti olacaq.