SİYASƏT


Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Cəlilabadda tədbir keçirilib

Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan “Vətən müharibəsi şəhidləri” adlı kitabın təqdimat mərasimində fəxredici anlar yaşanıb. Hər bir tədbir iştirakçısının qürurla dediyi “Təki Vətən sağ olsun!” nidaları Vətən uğrunda hüququndan, canından, qanından keçən, xatirələrdə, ürəklərdə əbədi yaşayan şəhidlərimizə böyük ehtiramın, həmçinin Vətənimizə, müstəqil dövlətimizə, Müzəffər Ali Baş Komandanımıza sədaqətin ifadəsi kimi səslənib.