SİYASƏT


Azərbaycanlı deputat AŞPA üzvlərini mina xəritələrini vermək üçün Ermənistana təzyiq göstərməyə çağırıb

Qarabağ 30 il ərzində inkişafdan məhrum olub, bu bölgədə heç bir tərəqqi müşahidə edilməyib. Ermənistan üç min mədəniyyət və dini irs abidəsi daxil olmaqla, hər şeyi məhv edib, daş üstündə daş qalmayıb. Azad olunmuş ərazilərə səfər edən bütün xarici qonaqlar görünməmiş barbarlığın şahidi olub və bundan dəhşətə gəliblər. Qarabağdakı şəhərləri Qafqazın Xirosiması adlandırıblar.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov yay sessiyası çərçivəsində qurumun Büro və Daimi Komitəsinin hesabatı ilə bağlı müzakirələrdə söyləyib.