SİYASƏT


Ukraynadakı Azərbaycan diasporunun rəhbərləri və fəalları təltif ediliblər

Kiyevdə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının rəhbərləri və fəalları “Diaspor fəaliyyətində xidmətə görə” medalı, həmçinin “Pandemiya və Vətən müharibəsi dövründə göstərdiyi fəaliyyətə görə” təşəkkürnaməsi ilə təltif ediliblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyində baş tutan təltifetmə mərasimində səfir Elmira Axundova, Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəblinin rəhbərlik etdiyi nümayəndə heyəti, Ukraynada fəaliyyət göstərən diaspor rəhbərləri və üzvləri iştirak ediblər.