SİYASƏT


Azad edilmiş ərazilərimizdə daha bir modul tipli yeni hərbi hissə istifadəyə verilib

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.
Şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət növbəti modul tipli yerləşmə məntəqəsi istifadəyə verilib.