Azərbaycanın dövlət bayrağı Kiyevin səmasında dalğalanıb
26.06.2021 [17:27]
Xəbərin mətni
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü ilə əlaqədar Kiyevdə aksiya keçirilib.AZƏRTAC xəbər verir ki, aksiya zamanı Azərbaycanın üçrəngli Dövlət Bayrağı Kiyevin səmasına qaldırılaraq Ukrayna paytaxtının əsas mərkəzi yerlərində ucaldılıb. Xüsusi dronlar vasitəsilə dövlət bayrağımız Kiyevin mərkəzi yerlərində bir neçə saat dalğalanıb.Aksiya ukraynalılaın marağına səbəb olub və ukraynalılar bayrağın görüntülərini sosial şəbəkələrdə bölüşüb.